Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu olub

Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu olub Bakı. 12 fevral. REPORT.AZ/ Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Fərdi
12 Fevral , 2019 21:31
Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu olub

Bakı. 12 fevral. REPORT.AZ/ Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

"Report" xəbər verir ki, federasiyanın binasında keçirilən yarışda qalib adını Günay Məmmədzadə qazanıb. O, IX turda qara fiqurlarla Mələk İsmayıla qalib gəlib. Bununla da xallarını 8,5-ə çatdıran Məmmədzadə yenidən ölkə çempionu olub.

O, daha əvvəl - 2017-ci ildə bu adı qazanıb.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) daha əvvəl fevral ayı üçün reytinq siyahısında Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb.

Son xəbərlər

Orphus sistemi