Avropa çempionatı: Güləşçimiz erməni üzərində əzmkar qələbə qazandı

Avropa çempionatı: Güləşçimiz erməni üzərində əzmkar qələbə qazandı Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.
Fərdi
14 Fevral , 2020 15:08
Avropa çempionatı: Güləşçimiz erməni üzərində əzmkar qələbə qazandı

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib.

İlk hissə rəqibin 8:1 hesablı qələbəsi ilə bitib. Mustafayev ikinci yarıda əzmkarlıq göstərərək 15:8 hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib. 

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) də mübarizəyə qoşulub. 

Son xəbərlər

Orphus sistemi