Yuxarı

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Türkiyədə toplanışa start verib

Bakı. 22 fevral. REPORT.AZ/ Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Türkiyədə növbəti təlim-məşq toplanışına start verib.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, milli bu dəfə Ədirnədə hazırlıq keçir. Fevralın 20-də başlayan hazırlıq prosesi martın 4-dək davam edəcək.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında heyətdə Türkan Nəsirova, Şahanə Nəzərova (hər ikisi 50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko, Elmira Qəmbərova (hər ikisi 62 kq), İrina Netreba, Elis Manolova (hər ikisi 65 kq), Ceyla Nağızadə (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıb.

Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışacaq yığma Türkiyə, Monqolustan və Hindistan güləşçiləri ilə birgə toplanış keçir.

Qeyd edək ki, Azərbaycan yığması bu ilin yanvarında Türkiyənin Kayseri şəhərində toplanışda olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi