Yuxarı

Güləşçi Elmira Qəmbərova: "İslam Oyunları mənim üçün çətin keçdi"

Hədəfim qızıl medal qazanmaq idi

Bakı. 21 may. REPORT.AZ/ "Bir gənc güləşçi kimi deyə bilərəm ki, İslam Oyunları mənim üçün çətin keçdi. Hədəfim qızıl medal qazanmaq idi. Amma yenə də sevinirəm ki, fəxri kürsüdə yer aldım".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə qadınlar arasında 63 kq. çəki dərəcəsində bürünc medal mükafatçısı Elmira Qəmbərova deyib.

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarında qazandığı uğur hələlik karyerasında ən yüksək nəticədir:

"Doğma divarlar arasında belə bir əhəmiyyətli idman yarışında fərqlənmək adama xüsusi zövq verir. Qarşıdan Heydər Əliyev adına qızıl Qran-pri turniri gəlir. İndi əsas hazırlıqlarım bu yarış üçündür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi