Yuxarı

Gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi maraqlı anlarla yadda qalıb - VİDEO

İki gün davam edən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib

Bakı. 21 yanvar. REPORT.AZ/ Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi maraqlı anlarla yadda qalıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, iki gün davam edən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Cüdo üzrə Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.

"Report" "CÜDO TV"nin yarışdan hazırladığı reportajı sizə təqdim edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi