Gəncə “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb

Gəncə “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb Bakı. 7 dekabr. REPORT.AZ/ Gəncə şəhəri “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb.
Fərdi
7 Dekabr , 2018 20:19
Gəncə “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Gəncə şəhəri “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, “Avropanın İdman Paytaxtı“ və “Avropanın İdman Şəhəri” titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimi keçirilib.

Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) təşkilatçılığı ilə keçirilən mərasim Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Avropa Parlamentinin binasında baş tutub.

2019-cu il üçün Avropanın idman şəhəri seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltifolunma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev iştirak iştirak ediblər.

Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün "Avropanın İdman Şəhəri" titulunu əks etdirən rəsmi bayrağı qəbul edib.

Tədbirdə çıxış edən N.Bayramov Avropa Parlamentinin idman siyasətini həyata keçirən ACES təşkilatının rəbərliyinə öz təşəkkürünü bildirib. Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətindən danışan N.Bayramov Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu sahənin daha da inkişaf etdiyini, Gəncənin "Avropanın İdman Şəhəri" adını layiqincə daşıyacağına əminliyini ifadə edib.

Qeyd edək ki, "Avropanın İdman Şəhəri" titulunu MDB ölkələri arasında ilk dəfə olaraq Gəncə şəhəri qazanıb.

Xatırladaq ki, ACES Europe təşkilatının Qiymətləndirmə komitəsi bu ilin may ayının 1-dən 4-dək Gəncə şəhərində səfərdə olub, səfər çərçivəsində şəhərin infrastrukturu, son 3 ildə idman sahəsində görülən işlər və əldə olunan nəticələr, o cümlədən gələcək planlarla bağlı müxtəlif məlumatlar toplayıb, görüşlər keçirib. Bunun nəticəsində mayın 16-da qəbul olunan qərara əsasən, Gəncə 2019-cu ilin "Avropanın İdman Şəhəri" tituluna layiq görülüb.

ACES Europe hər il 9-19 şəhəri “Avropa İdman Şəhəri”, bir şəhəri isə “Avropanın İdman Paytaxtı” titulu ilə təltif edir.

Son xəbərlər

Orphus sistemi