Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib - FOTO

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib - FOTO Sərhədçi Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.
Fərdi
16 Avqust , 2019 01:45
Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib - FOTO

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. 

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparır. 

Birinciliyin ilk günündə oğlanlar və qızlar arasında altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Şəfəq Həmidova (48 kq), Bəsti Səfərova (57 kq), Aidə Baxışova (70 kq), oğlanların mübarizəsində isə Balabəy Ağayev (60 kq), Rəşid Məmmədəliyev (73 kq)Aliumar Tumayev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. Yarışa avqustun 16-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi