Gənc cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olunub

Gənc cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olunub Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) 13 nəfər gənc ədalət təmsilçisinə 1-ci dərəcəli hakim kitabçaları təqdim olunub.
Fərdi
14 Avqust , 2019 17:12
Gənc cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olunub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) 13 nəfər gənc ədalət təmsilçisinə 1-ci dərəcəli hakim kitabçaları təqdim olunub. 

"Report"un ACF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, cüdo idman növünün hərtərəfli inkişaf etməsindən danışıb: "Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Cüdo Federasiyasının müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birincilikləri, Həzi Aslanovun xatirəsinə ənənəvi beynəlxalq turnir ildən ilə iştirakçıların sayında kütləviliyin artımı ilə müşahidə olunur ki, bu da bu idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir”.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək respublika və beynəlxalq miqyaslı cüdo yarışları zamanı təşkilati və mənəvi dəstəyə görə baş idarəyə təşəkkürünü bildirib. Dərəcə alan hakimlərə gələcək karyeralarında uğurlar arzulayıb və onların arasında irəlidəki illərdə beynəlxalq dərəcə alaraq ölkəmizi Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında təmsil edəcək istedadlı hakimlərin olduğuna inamını ifadə edib.

Sonda Azərbaycan Cüdo Federasiyasının qabaqcıl gənc hakimlərinə 1-ci dərəcə kitabçaları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi