"Formula1" üzrə üçqat çempionu Niki Lauda vəfat edib - FOTO

"Formula1" üzrə üçqat çempionu Niki Lauda vəfat edib - FOTO Formula1 üzrə keçmiş dünya çempionu Niki Lauda vəfat edib.
Fərdi
21 May , 2019 06:27
Formula1 üzrə üçqat çempionu Niki Lauda vəfat edib - FOTO

"Formula1" üzrə keçmiş dünya çempionu Niki Lauda vəfat edib.

"Report" xəbər verir ki, bu barədə avstriyalı idmançının ailə üzvlərinə istinadən "France Presse" məlumat yayıb.

Bildirilir ki, o, mayın 20-də 71 yaşında dünyasını dəyişib. Üçqat dünya çempionu olmuş Lauda 1976-cı ildə ağır qəzaya düşərək, çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıdıb. O, yanıq xəsarətlərinin yerlərini qırmızı şapkası ilə örtüb.

Niki Lauda karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub. 

Son xəbərlər

Orphus sistemi