"Formula-1" üzrə mövsümün III Qran-Prisi Bəhreyndə keçirilib

"Formula-1" üzrə mövsümün III Qran-Prisi Bəhreyndə keçirilib Qalib adını "Ferrari" pilotu Sebastyan Fettel qazanıb
Fərdi
17 Aprel , 2017 01:05
Formula-1 üzrə mövsümün III Qran-Prisi Bəhreyndə keçirilib

Bakı. 17 aprel. REPORT.AZ/ Bəhreyndə "Formula-1" üzrə mövsümün III Qran-Prisi keçirilib.

"Report"un məlumatına görə, qalib adını "Ferrari" pilotu Sebastyan Fettel qazanıb.

Sonrakı iki yeri "Mercedes"in pilotları Luis Hemiltonla Valtteri Bottas tutub.

Yürüşə ümumilikdə 20 pilot qatılmalı olsa da, texniki problemlər üzündən Stoffel Vandoorne ("Maklaren Honda") startda iştirak etməyib. Altı pilot isə finişə çatmayıb ki, onların arasında Vandoornenin komanda yoldaşı, 2015-ci ildə Bakıda keçirilmiş Avropa Qran-Prisinin səfiri Fernando Alonso da olub.

Mükafatlandırma mərasimində Fettel fəxri kürsüdə rəqs edib. O, ilk 3 Qran-Prinin yekununda 68 xalla liderliyi ələ alıb. Alman pilot ən yaxın izləyicisi, britaniyalı Hemiltonu 7, üçüncü pillədəki finlandiyalı Bottası 30 xal qabaqlayır. Konstruktorların mübarizəsində isə "Ferrari" 102 xalla 1-ci, "Mercedes" 99 xalla 2-ci, "Red Bull Racing Tag Heuer" isə 47 xalla 3-cü pillədədir.

Son xəbərlər

Orphus sistemi