Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb

Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb Biletlər 30%-dək endirimlə təklif olunacaq
Fərdi
2 Dekabr , 2016 10:54
Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb

Bakı. 2 dekabr. REPORT.AZ/ 2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri bu gündən satışa çıxarılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, ilk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq.

Daha sonra satış tam qiymətlər üzrə davam edəcək.

Qeyd edək ki, Azərbaycan Qran Prisi gələn il 23 - 25 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi