Yuxarı

“Formula 1” üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib - FOTO

“Formula 1” üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib - FOTO
Hazırda 17 pilot mübarizəni davam etdirir

Bakı. 29 aprel. REPORT.AZ/ “Formula 1” üzrə Azərbaycan Qran Prisində iki qəza baş verib.

“Report”un məlumatına görə, “Ferrari”nin pilotu Kimi Raykkonenin idarə etdiyi bolid “Force İndia”nın sürücüsü Esteban Okonun maşınına dəyib.

Nəticədə Okonun bolidi səddə çırpılıb və yararsız vəziyyətə düşdüyü üçün xüsusi texnika vasitəsi ilə trekdən götürülüb.

Bir qədər sonra isə “Renault”un sürücüsü Niko Hülkenberq, “McLaren”in pilotu Fernando Alonso və “Williams”dan Sergey Sirotkin zəncirvari qəzanın iştirakçısı olub.

Nəticədə Hülkenberq və Sirotkin mübarizəni dayandırıb. Alonso isə təkərləri yararsız hala düşən bolidini çətinliklə boksa çatdırıb.

Beləliklə, hazırda 17 pilot mübarizəni davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi