​Formula 1 üzrə Avropa Qran-prisində 3 pilot yolu səhv salıb

​Formula 1 üzrə Avropa Qran-prisində 3 pilot yolu səhv salıb Pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb
Fərdi
17 İyun , 2016 13:27
​Formula 1 üzrə Avropa Qran-prisində 3 pilot yolu səhv salıb

Bakı. 17 iyun. REPORT.AZ/ Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşündə maraqlı hadisə baş verib. 

"Report"un məlumatına görə, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Daha sonra pilot bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

"Renault"un pilotu Kevin Maqnussen də həmin döngədə eyni halı yaşayıb.

Analoji hadisə ilə eyni döngədə "Red Bull" komandasının pilotu Daniil Kvyat da üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes"in pilotu Lyuis Hamiltona məxsusdur.

Son xəbərlər

Orphus sistemi