Yuxarı

"Formula-1" şirkətinin kommersiya direktoru istefa verib

​"Formula 1" şirkətinin kommersiya direktoru Şon Bratçes vəzifəsindən

"Formula 1" şirkətinin kommersiya direktoru Şon Bratçes vəzifəsindən istefa verib.

"Report"un qurumun saytına istinadən verdiyi məlumata görə, amerikalı mütəxəssis şirkəti yanvarın sonunda rəsmən tərk edəcək.

"Şon 3 illik fəaliyyətindən sonra ABŞ-a, ailəsinin yanına qayıtmağa və həyatında yeni səhifə açmağa qərar verdi", - şirkətin mətbuat xidməti məlumat yayıb.

Bratçes özü isə vəzifəsindən ayrılması ilə bağlı bunları bildirib: "Formula-1"dəki işim inanılmaz bir səyahət idi və bundan tam məmnun qaldım. Komandaya bütün səylərinə və fədakarlığına görə şəxsən təşəkkür etmək istəyirəm. "Formula-1" şirkətini 2017-ci illə müqayisədə indi daha yaxşı vəziyyətdə qoyub getdiyim üçün özümlə fəxr edirəm".

Qeyd edək ki, Şon Bratçes "Formula-1" şirkətində kommersiya direktoru vəzifəsinə 2017-ci ildə təyin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi