Bakı. 17 iyun. REPORT.AZ/ Formula-1 Avropa Qran-prisinin təşkilatçıları möhtəşəm infrastruktur yaradaraq, öz işlərini yerinə yetiriblər.
"Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə britaniyalı pilot, "McLaren Honda" komandasının üzvü Censon Batton bildirib.
"Vəziyyətin necə inkişaf edəcəyini gözləyək. Məşqlərin başlamasını səbirsizliklə gözləyirəm, lakin məni bəzi döngələr narahat edir", - o vurğulayıb. C.Batton vurğulayıb ki, Bakı trasının bəzi hissələri çox maraqlıdır .