"Formula 1": Lüis Hemilton yeni mövsümə uğurlu başlayıb

"Formula 1": Lüis Hemilton yeni mövsümə uğurlu başlayıb Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton bu gün Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında start götürən yeni mövsümün ikinci sərbəst gürüşündə də ən yaxşı göstəriciyə imza atıb.
Fərdi
15 Mart , 2019 11:18
Formula 1: Lüis Hemilton yeni mövsümə uğurlu başlayıb

Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton bu gün Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında start götürən yeni mövsümün ikinci sərbəst gürüşündə də ən yaxşı göstəriciyə imza atıb.

“Report” xəbər verir ki, britaniyalı pilot 33 dövrəni hamıdan tez 1 saat 22,6 dəqiqəyə başa vurub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci (+0.048), Avstriya “Red Bull”unun sürücüsü Maks Ferstappen isə üçüncü olub (+0.800).

Qeyd edək ki, 2018-ci il mövsünün qalibi L.Hemilton ilk sərbəst yürüşdə də ən yaxşı nəticə göstərib. Martın 16-da əvvəlcə 3-cü sərbəst yürüş, ardınca sıralama turu olacaq. Yarış martın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 09:10-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi