Yuxarı

"Formula 1"in yeni qaydaları Londonda açıqlanacaq

“Formula 1” üzrə dünya çempionatının yeni qaydaları martın sonunda açıqlanacaq.

“Report” “RaceFans”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt və “Formula One Management Limited” şirkətinin icraçı direktoru Çeyz Keri birgə təşkil etdikləri mətbuat konfansında bildiriblər.

Onların sözlərinə görə, 2021-ci ildən tətbiq ediləcək yeni qaydalar “Formula 1”in Strateji Qrup və Komissiyasının martın 26-da İngiltərənin paytaxtı Londonda baş tutacaq iclası çərçivəsində açıqlanacaq.

Qeyd edək ki, “Formula One Management Limited” şirkətinin Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə 2023-cü ilə qədər müqaviləsi var. 2019-cu il Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək. Bu, Bakıda baş tutacaq 4-cü analoji yarış olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi