Bakı. 18 sentyabr. REPORT.AZ/ "Formula-1" yarışlarının idarəçisi olan “Liberty Media” şirkəti bukmekerlərə yarış seriyasının sponsoru olmaq icazəsi verib.
“Report” “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı “İnterregional Sports Group” marketinq şirkəti ilə müqavilə imzalanıb. Anlaşmaya əsasən, "Formula-1" şirkəti 100 milyon dollardan çox qazanacaq.
Qeyd edək ki, "Formula-1" üzrə Qran-prilərdən biri Azərbaycanda keçirilir.