​"Formula-1"in prezidenti Soçi və Bakını rəqib hesab etmir

​"Formula-1"in prezidenti Soçi və Bakını rəqib hesab etmir "Qran-prinin Bakıda keçirilməsi Soçiyə kömək edəcək"
Fərdi
12 Oktyabr , 2015 00:45
​Formula-1in prezidenti Soçi və Bakını rəqib hesab etmir

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Formula-1"in prezidenti Berni Eklstoun Rusiyanın Soçi şəhərində keçirilən Qran-pri mərhələsi ilə gələn ilin yayında Bakıda təşkil olunacaq debüt yarışını bir-birinə rəqib hesab etmir.

"Report" xəbər verir ki, bu barədə o, RBK-ya müsahibəsində bildirib.

"Düşünürəm ki, Qran-prinin Bakıda keçirilməsi Soçiyə kömək edəcək və əksinə. Bu regiona daha çox insan gələcək. Onlar rəqib deyillər", - deyə Berni Eklstoun bildirib.

Son xəbərlər

Orphus sistemi