Yuxarı

“Formula 1”də 2019-cu il mövsümü üçün sifariş vərəqi təsdiqlənib - SİYAHI

Bakı. 7 fevral. REPORT.AZ/ Beynəlxalq Avtomobil Federasiyası 2019-cu il “Formula 1” üzrə dünya çempionatı üçün sifariş vərəqini təsdiqləyib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla da yarışda iştirak edəcək komanda və pilotların yekun siyahısı bəlli olub. 

İştirakçı komandalardan ikisi dəyişib. “Force India” “Racing Point”ə çevrilib. “Sauber” isə bundan sonra “Alfa Romeo Racing” adlanacaq. Hər iki kollektiv yeni bolidlərini müvafiq olaraq 13 və 18 fevralda nümayiş etdirəcəklər.

2019-cu il mövsümünün sifariş vərəqi

Pilot Komanda Bolid
44 Lüis Hemilton Mercedes AMG Petronas Motorsport Mercedes
77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport Mercedes
5 Sebastyan Fettel Scuderia Ferrari Mission Winnow Ferrari
16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow Ferrari
33 Maks Ferstappen Aston Martin Red Bull Racing Red Bull Racing-Honda
10 Pyer Qasli Aston Martin Red Bull Racing Red Bull Racing-Honda
3 Daniel Rikkardo Renault F1 Team Renault
27 Niko Hülkenberq Renault F1 Team Renault
8 Romen Qrojan Rich Energy Haas F1 Team Haas-Ferrari
20 Kevin Maqnussen Rich Energy Haas F1 Team Haas-Ferrari
55 Karlos Sayns McLaren F1 Team McLaren-Renault
4 Landro Norris McLaren F1 Team McLaren-Renault
11 Serxio Peres Racing Point F1 Team Racing Point-Mercedes
18 Lens Stroll Racing Point F1 Team Racing Point-Mercedes
7 Kimi Raykkonen Alfa Romeo Racing Alfa Romeo Racing-Ferrari
99 Antonio Covinatsi Alfa Romeo Racing Alfa Romeo Racing-Ferrari
26 Daniil Kvyat Red Bull Toro Rosso Honda Scuderia Toro Rosso-Honda
23 Aleksandr Albon Red Bull Toro Rosso Honda Scuderia Toro Rosso-Honda
63 Corc Rassel Williams Racing Williams-Mercedes
88 Robert Kubitsa Williams Racing Williams-Mercedes

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreli əhatə edəcək.

Fevralın 5-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi