"Formula 1": Daha bir Qran-pri təxirə salındı

"Formula 1": Daha bir Qran-pri təxirə salındı Formula 1 üzrə Kanada Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb.
Fərdi
7 Aprel , 2020 22:54
Formula 1: Daha bir Qran-pri təxirə salındı

"Formula 1" üzrə Kanada Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report"un məlumatına görə, bu qərar Səhiyyə Nazirliyinin səlahiyyətli şəxslərinin direktivləri və hökumət ekspertlərinin tövsiyələri əsasında qəbul olunub.

Bu, mövsümün vaxtında baş tutmayacaq 8-ci Qran-prisi olub. Onların arasında Azərbaycan mərhələsi də var. Monako Qran-prisi isə ümumiyyətlə ləğv olunub. 

Qeyd edək ki, Monreal trasında keçirilən yarış 12-14 iyun tarixlərində baş tutmalı idi.

Son xəbərlər

Orphus sistemi