Yuxarı

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib
Yanğın yanacaq sızmasına görə baş verib

Bakı. 24 iyun.REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşü zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib. 

“Report”un məlumatına görə, bu barədə “Renault” açıqlama yayıb.

Bildirilir ki, yanğın yanacaq sızmasına görə baş verib. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən dəyişdiriləcək. Lakin bu dəyişiklik saat 17:00-da qədər mümkün olmadığından C.Palmer hazırda davam edən sıralama turunda iştirak edə bilmir.

Qeyd edək ki, Colion Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi