Yuxarı

"Formula 1": Böyük Britaniya Qran-prisi start götürüb

"Formula 1": Böyük Britaniya Qran-prisi start götürdü

"Formula 1" üzrə mövsümün 10-cu Qran-prisi bu gün Böyük Britaniyanın Northemptonşir şəhərindəki "Silverstoun" trasında iki sərbəst yürüşlə start götürəcək. 

"Report"un məlumatına görə, bu, hazırkı lider, "Mercedes" pilotu Lüis Hemiltonu vətənində baş verəcək. Ötən mərhələdə qalib adını əsas rəqib olan "Ferrari"nin pilotları yox, "Red Bull"un hollandiyalı sürücüsü Maks Ferstappen qazanıb. Bu dəfə isə Hemiltonun öz evində rekord sayda - 6-cı qələbəsini qazanmaq istəyi ilə alışıb-yanacağı şübhə doğurmur. Lakin "Ferrari"də çıxış edən almaniyalı Sebastyan Fettellə monakolu Şarl Lekleri də hesabdan silmək olmaz. Hərçənd, onlar hələ mövsümdə ilk qələbələrini əldə edə bilməyiblər. 

İyulun 13-də üçüncü sərbəst yürüş və təsnifat mərhələsi olacaq. Proqram iyulun 14-də Bakı vaxtı ilə saat 17:10-da başlanacaq yarışla yekunlaşacaq. 

Qeyd edək ki, Böyük Britaniya Qran-prisi ilk dəfə 13 may 1950-ci ildə keçirilib. Bu, həm də "Formula 1" tarixinə birinci Qran-pri kimi düşüb. "Silverstoun" avtodromunun sxemi indiyədək 9 dəfə dəyişib. Tras çətin, yüksək sürətli və çoxlu cəld döngələrə malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi