"Formula-1" biletlərinin satışa çıxarılması münasibətilə Bakıda mərasim təşkil olunacaq

"Formula-1" biletlərinin satışa çıxarılması münasibətilə Bakıda mərasim təşkil olunacaq “Son 6 ay” tədbiri Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunacaq
Fərdi
8 Dekabr , 2015 18:00
Formula-1 biletlərinin satışa çıxarılması münasibətilə Bakıda mərasim təşkil olunacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-Prisinin biletləri dekabrın 19-dan onlayn satışa çıxarılacaq. Bakı Şəhər Halqasından (BŞH) "Report"a verilən məlumata görə, satışın başlaması həmin ərəfədə paytaxtda təşkil olunacaq möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.

Biletləri www.bakucitycircuit.com saytı vasitəsilə yarışa düz 6 ay qalanda əldə etmək mümkün olacaq. “Son 6 ay” tədbiri Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunacaq. Bununla da "Formula-1"in gəlişi ölkə sakinlərinə çatdırılacaq.

Avropa Qran-Prisi azarkeşlərə start/finish zolağına mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.

Qeyd edək ki, gələn ilin 17 - 19 iyununda keçiriləcək Avropa Qran-Prisində maşınlar UNESCO Dünya İrsinə daxil edilmiş İçərişəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi