“Formula 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib

“Formula 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib “Formul 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib.
Fərdi
12 Mart , 2019 10:36
“Formula 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib

“Formul 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdə dövrəni ən tez tamamlamağa görə 1 xal veriləcək. Lakin bunun üçün sürücünün finişə ilk “10-luq”da çatması lazımdır.

Bir xal həm pilotun, həm də Konsturktorlar Kuboku üçün komandanın hesabına əlavə olunacaq. Beləliklə, dünya çempionatında əlavə 21 xal oynanılacaq.

Qeyd edək ki, “Formula 1”də analoji qayda 1950 – 1959-cu illərdə tətbiq olunub. 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. 21 mərhələdən ibarət mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi