Firdovsi Umudov: "Dedik ki, bayraq dəyişdirilməsə, yarışa çıxmayacağıq"

Firdovsi Umudov: "Dedik ki, bayraq dəyişdirilməsə, yarışa çıxmayacağıq" "Bizim üzərimizdə hər zaman bayraq olur"
Fərdi
24 Fevral , 2017 15:05
Firdovsi Umudov: Dedik ki, bayraq dəyişdirilməsə, yarışa çıxmayacağıq

Bakı. 24 fevral. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov İranın Kirmanşah şəhərində keçirilmiş Dünya Kuboku zamanı Azərbaycan bayrağı ilə bağlı yaşanan qalmaqala bir daha aydınlıq gətirib.

“Report”un məlumatına görə, 40 yaşlı mütəxəssis Gənclər və İdman Nazirliyində təşkil olunmuş mətbuat konfransında bu barədə açıqlama verib.

F.Umudov bildirib ki, onların etirazından sonra Azərbaycan bayrağı ilə bağlı yanlışlıq aradan qaldırılıb: "Dedim ki, bayrağınızı səhv vursalar, xoşunuza gələr? Bizə başqa bayrağın olmadığını bildirdilər. O boyda İranda Azərbaycan bayrağının olmaması gülməli məsələdir. Çünki daha əvvəl də bu cür hadisə olmuşdu. Bildirdik ki, bayraq dəyişdirilməsə, yarışa çıxmayacağıq. Bizim üzərimizdə hər zaman bayraq olur. Gətizdirib, dəyişdirdik. Ondan sonra yarışa çıxdıq".

Qeyd edək ki, bayraq qalmaqalı Azərbaycan - Rusiya görüşü zamanı yaşanıb. 

Son xəbərlər

Orphus sistemi