FİDE-nin prezidenti Bakıya gəlib

FİDE-nin prezidenti Bakıya gəlib FİDE prezidenti Dünya Kubokunun finalını izləyəcək
Fərdi
4 Oktyabr , 2015 20:13
FİDE-nin prezidenti Bakıya gəlib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir.

Bu gün final mərhələsinin dördüncü günündə Pyotr Svidler qara fiqurlarla Sergey Karyakinə qarşı mübarizə aparır. Üç görüşdən sonra hesab Svidlerin xeyrinədir - 2-1. Görüşdə Karyakin qalib gələrsə, Rusiya şahmatçıları Dünya Kubokunun sahibini tay-brekdə müəyyənləşdirəcəklər.

FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kubokunun finalına baxmaq üçün bu gün Bakıya gəlib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və FİDE-nin rəhbəri finalçılarla görüşərək onlara uğurlar arzulayıb. Yarış zalı, mətbuat otağıyla tanış olan Kirsan İlyumjinov yaradılan şəraiti yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

Gənclər və İdman Naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlyumjinov, eləcə də Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov görüş keçiriblər.Yüzlərlə insanın cəlb olunduğu xilasetmə əməliyyatı bu gün də davam edib.

Son xəbərlər

Orphus sistemi