FİDE İran Şahmat Federasiyasının quruma üzvlüyünü dayandırıb

FİDE İran Şahmat Federasiyasının quruma üzvlüyünü dayandırıb Sanksiyaya səbəb pul kompensasiyasının ödənilməməsidir
Fərdi
12 May , 2017 15:52
FİDE İran Şahmat Federasiyasının quruma üzvlüyünü dayandırıb

Bakı. 12 may. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) İran Şahmat Federasiyasının quruma üzvlüyünü dayandırıb. “Report”un TASS-a istinadən verdiyi məlumata görə, sanksiya iranlıların Tehranda keçirilən qadınlar arasında dünya çempionatının müqabilində tam pul kompensasiyası ödəyəcəkəri vaxta qədər qüvvədə qalacaq.

Qərar FIDE-nin Prezident Şurası tərəfindən qəbul olunub. İran bu müddətdə FIDE-nin reytinq turnirlərini təşkil edə, ölkədə qeydiyyatda olan şahmatçılar beynəlxalq qurumun bayrağı altına keçiriləcək yarışlara qatıla bilməyəcəklər. Sanskiya iranlı hakimlərə də şamil olunur.

Qərar hazırda davam edən turnirlərə aid edilmir.

Qeyd edək ki, qadın şahmatçılar arasında dünya çempionatı 2017-ci il fevralın 11-dən martın 4-dək Tehranda keçirilib. Çin şahmatçısı Tan Çjunyi yarışın qalibi olub.

Son xəbərlər

Orphus sistemi