FİDE 2019-cu ilin ilk reytinq siyahısını açıqlayıb

FİDE 2019-cu ilin ilk reytinq siyahısını açıqlayıb Bakı. 1 yanvar. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu ilin ilk reytinq siyahısını açıqlayıb.
Fərdi
1 Yanvar , 2019 14:37
FİDE 2019-cu ilin ilk reytinq siyahısını açıqlayıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu ilin ilk reytinq siyahısını açıqlayıb.

"Report"un qurumun saytına istinadən verdiyi məlumata görə, dekabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. 2817 xala malik 33 yaşlı qrossmeyster birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 18, ikinci yerdəki İddiaçılar Turnirinin qalibi Fabiano Karuanadan 11 xal geri qalır.

Azərbaycanlı digər şahmatçılara gəldikdə, Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 21-ci (2734), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 62-ci, Qədir Hüseynov (2664) isə 81-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 49-cu, Xanım Balacayeva 65-ci (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudur.

Son xəbərlər

Orphus sistemi