Yuxarı

Fettel Belçika Qran-prisinin qalibi olub - VİDEO

Bakı. 27 avqust. REPORT.AZ/ "Ferrari" komandasının alman pilotu Sebastyan Fettel "Formula-1"in 13-cü mərhələsinin - Belçika Qran-prisinin qalibi olub.

“Report” xəbər verir ki, o, finişə ikinci çatan "Mercedes"in pilotu Lüis Hemiltonu 11,061 saniyə qabaqlayıb.

Mükafatçılar üçlüyünü hollandiyalı Maks Ferstappen ("Red Bull") qapayıb.

Şəxsi hesabda liderliyi Hemilton özündə saxlayıb – 231 xal. Fettel britaniyalı ilə arasındakı xal fərqini 17-yə (214 xal) endirib. Üçlüyü "Ferrari"nin digər pilotu, finlandiyalı Kimi Raykkonen (146 xal) qapayır.

Belçika Qran-prisi. Yekun vəziyyət

1. Fettel (Ferrari)

2. Hemilton (Mercedes)

3. Ferstappen (Red Bull)

4. Bottas (Mercedes)

5. Peres (Force India)

6. Okon (Force India)

7. Qrojan (Haas)

8. Maqnussen (Haas)

9. Qasli (Toro Rosso)

10. Eriksson (Sauber)

Çempionatda vəziyyət:

1. Hemilton — 231

2. Fettel — 214

3. Raykkonen — 146

4. Bottas — 144

5. Ferstappen — 120

6. Rikkyardo — 118

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi