"Ferrari" dördqat dünya çempionuna ikinci təklifi göndərdi

"Ferrari" dördqat dünya çempionuna ikinci təklifi göndərdi Formula 1”də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettellə müqaviləni yeniləmək üçün ikinci dəfə danışıqlar masasına dəvət edib.
Fərdi
5 May , 2020 12:38
Ferrari dördqat dünya çempionuna ikinci təklifi göndərdi

"Formula 1”də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettellə müqaviləni yeniləmək üçün ikinci dəfə danışıqlar masasına dəvət edib. 

"Report" "F1 Insider"ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi almaniyalı sürücüyə 2+1 illik razılaşma təklifi ünvanlayıb. Bildirilir ki, “Ferrari" hələ də dördqat dünya çempionunun maaşını azaltmaq niyyətindədir. 

Hazırkı müqaviləyə əsasən o, ildə təxminən 30 milyon ABŞ dolları qazanır. Lakin "Ferrari" Fettelin məvacibini komanda yoldaşı Şarl Leklerlə bərabərləşdirmək istəyir. 

Fettel daha öncə "Ferrari" ilə müqaviləni bir il uzatmaq təklifini rədd edib. Onun sözləşməsinin müddəti 2020-ci ilin sonuna qədər qüvvədədir. Komanda almaniyalı pilotla vidalaşacağı təqdirdə, Karlos Sayns ("Mclaren") və ya Daniel Rikkardonu ("Reno") heyətinə qatacağı deyilir. 

Son xəbərlər

Orphus sistemi