“Ferrari”nin pilotu ikinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərib

“Ferrari”nin pilotu ikinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərib “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Fərdi
26 Aprel , 2019 18:35
“Ferrari”nin pilotu ikinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərib

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb. 

“Report” xəbər verir ki, ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb - 1:42.872. Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324). “Mercedes”in sürücüsü Lüis Hemilton isə üçüncüdür (+0,669). 

Qeyd edək ki, aprelin 27-də üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Yarış isə bazar günü olacaq.

Son xəbərlər

Orphus sistemi