Yuxarı

"Ferrari"nin pilotu: "Bakı trası unikaldır, dünyanın heç bir yerində belə şey yoxdur"

"Ferrari"nin pilotu: "Bakı trası unikaldır"

“Azərbaycan ən sevimli traslarımdan biridir. Oradan xoşum gəlir”.

“Report” xəbər verir ki, bunu “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi ərəfəsində İtaliya “Ferrari”sinin pilotu Şarl Lekler komandanın rəsmi saytına açıqlamasında söyləyib.

22 yaşlı monakolu sürücü 2017-ci ildə Bakıda keçirilmiş “Formula 2” yarışında qalib gəldiyini xatırladıb: “Bakıda hər zaman yaxşı çıxış etmişəm. “Formula 2”nin qalibi olmuşam və podiuma qalxmışam. Ötən mövsüm orada “Formula 1”də ilk xalımı qazanmışam. Bakıda, xüsusən də qala divarlarının yanındakı dar döngələrdə sürməkdən xoşum gəlir. Tras unikaldır, dünyanın heç bir yerində belə şey yoxdur. Orada qayda yetərincə sadədir: “Konsentrasiyanı itirməmək. Əks halda, ilk səhvdə səddə çırpılacaqsan. Bakıda pilotdan bütün ustalığını göstərmək tələb olunur”.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür. 36 xalla 5-ci pillədə olan Lekler 4-cü yerdə gedən Fetteldən cəmi 1 xal geri qalır. 

SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi