Yuxarı

"Ferrari" Sebastyan Fettellə bağlı qərara yenidən baxılmasını xahiş edib

"Ferrari" Fettelin cəriməsi ilə bağlı müraciət etdi

"Formula 1"də təmsil olunan "Ferrari" komandası pilot Sebastyan Fettelə Kanada Qran-prisində verilmiş cəriməyə yenidən baxılmasını xahiş edib.

"Report"un məlumatına görə, komanda cəzanın ləğvinə qaydalara uyğun nail ola bilməsə də, yeni sübutlar təqdim etməklə sanksiyalara yenidən baxılmasını tələb etmək hüququndan yararlanıb.

Qran-pri zamanı Fettel səhvən trasdan kənara çıxıb. O, geri qayıtdığı vaxt "Mercedes" pilotu Lüis Hemiltonu bloklayaraq, liderliyini qoruyub. Lakin stüardlar buna görə, almaniyalı pilotu 5 saniyə cəriməyə məruz qoyublar. Nəticədə o, Qran-pridə ikinci yerə enib.

Yarışdan sonra Fettel qərara qəzəbli reaksiya verib. Qələbəsinin oğurlandığını deyən Fettel mükafatlandırma mərasiminə yalnız Hemiltona üçüncü yeri tutan komanda yoldaşı Şarl Leklerə hörmət əlaməti kimi çıxdığını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi