Yuxarı

Fernando Alonso "Formula-1"i tərk edir

Bakı. 15 avqust. REPORT.AZ/ Məşhur avtomobil yarışçısı Fernando Alonso 2018-ci il mövsümünün sonunda "Formula-1"i tərk etmək qərarına gəlib.

“Report”un məlumatına görə, Alonso etiraf edib ki, daha da irəliyə getməyin vaxtı çatıb:

"Mən bütün bu mövsümlər ərzində yarışların hər dəqiqəsindən zövq almışam və bu müddəti belə məxsusi edən insanlara təşəkkür etmək üçün nə qədər söz desəm kifayət etməz".

İspaniyalı idmançı 2001-ci ildə "Minardi" komandasında debüt etməklə "Kral seriyası"da 17 mövsüm keçirib. "Renault"a keçdikdən sonra uğur qazanmağa başlayıb. Alonso yeni komandanın heyətində iki dəfə dünya çempionu olub. O, son mövsümü "McLaren"də keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi