Fəridə Abiyeva: "Bu dəfə məğlub ola bilməzdim"

Fəridə Abiyeva: "Bu dəfə məğlub ola bilməzdim" "Sevincimin həddi-hüdudu yoxdur, bilmirəm nə danışım"
Fərdi
13 May , 2017 21:17
Fəridə Abiyeva: Bu dəfə məğlub ola bilməzdim
Report.az

Bakı. 13 may. REPORT.AZ/ "Çox həyəcanlıyam. Güclü hazırlaşmışdım. İnamlı qələbə qazandım. Sevincimin həddi-hüdudu yoxdur, bilmirəm nə danışım". 

"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateçisi Fəridə Abiyeva deyib.

61 kq çəkidə mübarizə aparan idmançı bildirib ki, ən çətin görüşü yarımfinalda özbəkistanlı Barno Mirzəyevaya qarşı olub: "Ona əvvəlki iki yarışda uduzmuşdum. Bu dəfə məğlub ola bilməzdim. Qələbəni Azərbaycan xalqına həsr edirəm".

Son xəbərlər

Orphus sistemi