Fərhad Rəcəbli usta cüdoçular arasında 9-cu dəfə dünya çempionu olub

Fərhad Rəcəbli usta cüdoçular arasında 9-cu dəfə dünya çempionu olub Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib.
Fərdi
10 Oktyabr , 2019 23:16
Fərhad Rəcəbli usta cüdoçular arasında 9-cu dəfə dünya çempionu olub

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib. 

"Report" Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

Fərhad Rəcəbli finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb. 

Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.

Son xəbərlər

Orphus sistemi