​Felipe Massa: "Ola bilsin ki, Bakıda digər şəhər yollarına nisbətdə daha çox ötmə olsun"

​Felipe Massa: "Ola bilsin ki, Bakıda digər şəhər yollarına nisbətdə daha çox ötmə olsun" "Oradan yaxşı nəticə ilə ayrılacağımıza ümid edirəm"
Fərdi
14 İyun , 2016 07:48
​Felipe Massa: Ola bilsin ki, Bakıda digər şəhər yollarına nisbətdə daha çox ötmə olsun

Bakı. 14 iyun. REPORT.AZ/ "Uilyams"ın pilotu Felipe Massa ümid edir ki, Avropa Qran-prisinin yolu digər şəhərdaxili yollardan fərqli olacaq.

"Report" xəbər verir ki, onun sözləri komandasının press-relizində sitat gətirilir.

"Mən Azərbaycanda ilk dəfə olacağam və bu ölkədən nə gözləyəcəyimi bilmirəm. Mən səbrsizliklə yeni ölkə, gözəl insanlar və şəhərin mərkəzində yarış yollar kəşf edəcəyimi gözləyirəm. Mən onun daha çox Monakoya oxşayacağını, yaxud Monako və Sinqapur arasında nəsə bir şey olacağını hələ ki, bilmirəm. Gözləyib görəcəyik. Mən eşitmişəm ki, orada düz yollar uzundur, orada ola bilsin ki, digər şəhər yolları ilə müqayisədə ötmə çox olsun. Oradan yaxşı nəticə ilə ayrılacağımıza ümid edirəm", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi