Federasiya prezidenti: “Milli qolfçularımız 5 ilə gözəl nəticələr göstərəcəklər”

Federasiya prezidenti: “Milli qolfçularımız 5 ilə gözəl nəticələr göstərəcəklər” "Hazırda milli qolfçular İngiltərə və İrlandiyadan olan 2 xarici, eləcə də 3 yerli məşqçinin iştirakı ilə gələcək yarışlara hazırlanır"
Fərdi
26 Dekabr , 2016 19:52
Federasiya prezidenti: “Milli qolfçularımız 5 ilə gözəl nəticələr göstərəcəklər”

Bakı. 26 dekabr. REPORT.AZ/ "Azərbaycanda 2017-ci ildə ulu öndər Heydər Əliyevin şərəfinə qolf üzrə ölkə turniri, eləcə də “European Challenge Tour” adlı beynəlxalq qolf turniri keçiriləcək".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov deyib.

Federasiya prezidenti qeyd edib ki, indiyə qədər bütün Azərbaycanda, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən 100-ə yaxın məktəbdən yeniyetmə qolfçular seçilib və bunlardan 30 nəfəri hazırda xaricdə xüsusi təlim keçir.

“Bunlar peşəkar səviyyəyə çatacaq 9-16 yaşlı oyunçulardır. Əminəm ki, onlar 5 ilə gözəl nəticələr göstərəcək” - A.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda milli qolfçular İngiltərə və İrlandiyadan olan 2 xarici, eləcə də 3 yerli məşqçinin iştirakı ilə gələcək yarışlara hazırlanırlar.

Son xəbərlər

Orphus sistemi