Faiq Qarayev FİVB və CEV prezidentləri ilə görüşüb

Faiq Qarayev FİVB və CEV prezidentləri ilə görüşüb ​Avropa Voleybol Konfederasiyasının rəhbəri: "Azərbaycan Prezidenti idmana və idmançılara böyük diqqət ayırır"
Fərdi
1 May , 2017 22:40
Faiq Qarayev FİVB və CEV prezidentləri ilə görüşüb
Courtesy İmage

Bakı. 1 may. REPORT.AZ/ İtaliyanın paytaxtı Romadakı "Sheraton Conferans" otelində Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri ilə Beynəlxalq Voleybol Federasiyası (FİVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbər şəxsləri arasında görüş keçirilib.

AVF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 3 saatadək davam edən görüşə FİVB prezidenti Qraça Filyo, vitse-prezident Fabio Azevedo, CEV prezidenti Aleksandr Boriçiç, vitse-prezident Özkan Mutlugil, AVF-nin I vitse-prezidenti Faiq Qarayev, eləcə də Mixail Frişman və Onat Kurt qatılıb. Geniş toplantıda müzakirələr Azərbaycan voleybolunun bu günü, görülən işlər və planlarla bağlı olub.

İlk olaraq, CEV prezidenti Azərbaycanda voleybolun hər kəs tərəfindən çox sevildiyini bildirərək, AVF-nin gördüyü işlərdən və Avropa çempionatının püşkatması ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışıb. A.Boriçiç qeyd edib ki, Azərbaycanda voleybola olan sevgi ilk olaraq ölkə başçısından başlayır: "İlham Əliyev idmana və idmançılara hər zaman böyük diqqət ayırır. Deyə bilərəm ki, bu diqqətin özüm də şahidi oldum. AVF prezidenti Cavid Qurbanov və I vitse-prezident Faiq Qarayev Azərbaycanda voleybolun, çimərlik voleybolunun inkişafı üçün böyük işlər görürlər. Azərbaycan hər zaman böyük yarışlara ev sahibliyi etməyə çalışır və bir neçə gündən sonra IV İslam Həmrəylik Oyunları, mayın sonunda dünya çempionatının təsnifat mərhələsinə, ən əsası, sentyabrda Avropa çempiomatının final mərhələsinə ev sahibliyi edəcək. CEV prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan voleybolunu Çempionlar Liqasında və Çağırış Kubokunda daha aktik görmək istəyirik".

FİVB prezidenti Q.Filyo bildirib ki, tez-tez görüşməsələr də, hər zaman Azərbaycan görülən işlərdən xəbərdardır: "Bu işlər bizləri sevindirir. Statistlərin, məşqçilərin, orta məktəb müəllimlərinin seminarları keçirilir. Bu cür seminarlar voleybolun təbliği üçün ən gözəl işdir. Aşağı yaş qruplarının (qız və oğlan) yaradılması, tikilən idman zalları bizi qürurlandırır. Azərbaycanda voleybol, çimərlik voleybolunun daha da inkişaf etdirilməsi üçün əlimizdən gələn köməkliyi etməyə hazırıq".

F.Qarayev isə Azərbaycan voleybolu ilə bağlı fikirlərdən çox sevindiyini vurğulayıb: "Görülən hər bir işin qiymətləndirilməsi, deyə bilərəm ki, bizi daha da böyük işlər görməyə həvəsləndirir. AVF olaraq, hər zaman bizə verdiyiniz dəstəyi görür və hiss edirik. Federasiya prezidenti Cavid Qurbanov hər zaman çalışır ki, voleybolumuz Avropa, dünya reytinqində ən yüksək pillələrdə olsun. Qarşıda bizi böyük yarışlar gözləyir. Bu yarışların yüksək səviyyədə keçirilməsi üçün böyük işlər aparırıq. Voleybol və çimərlik voleybolunun ölkəmizdə təbliği istiqamətində böyük layihələrimiz var. Artıq onların həyata keçirilməsinə başlamışıq".

Son xəbərlər

Orphus sistemi