EYOF: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

EYOF: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.
Fərdi
23 İyul , 2019 16:58
EYOF: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.

"Report"un məlumatına görə, püşkatma mərasiminə Avropa və Azərbaycan cüdo federasiyalarının rəsmiləri, milli komandaların məşqçiləri, tanınmış mütəxəssislər qatılıblar. Püşk nəticəsində yığmanın 4 qız və 8 oğlan idmançısının ilk rəqibləri müəyyənləşib.

Qızlar
44 kq. 1/8 final. Gülşən Bəşirova - Mariya Qonzales (İspaniya)
52 kq. 1/8 final. Səbinə Əliyeva - Raquel Brito (Portuqaliya)
57 kq. 1/16 final. Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya)
70 kq. 1/8 final. Nərmin Əmirli - Yael Van Hemst (Hollandiya)

Oğlanlar
50 kq. 1/8 final. İsmayıl Qənbərli - Sergey Mastriukov (Rusiya)
55 kq. 1/16 final. Şükran Zamanlı - Migel Gaqo (Portuqaliya)
60 kq. 1/16 final. Turan Bayramov - Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi
66 kq. 1/8 final. Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq. 1/8 final. Vüqar Talıbov - Cianis Yauseyenka (Belorus) / Mustafa Həbib (Bosniya)
81 kq. 1/16 final. Məhərrəm İmamverdiyev - Vlad Topala (Rumıniya)
90 kq. 1/16 final. Ruslan Nəsirli - Borislav Vladov (Bolqarıstan)
+90 kq. 1/8 final. Hüseyn Məmmədov - Daniel Udsilauri (Almaniya)

Proqrama əsasən, iyulun 24-də qızlar 40 kq, 44 kq və 48 kq, oğlanlar 50 kq, 55 kq və 60 kq, iyulun 25-də qızlar 52 kq, 57 kq və 63 kq, oğlanlar 66 kq və 73 kq, iyulun 26-da qızlar 70 kq və 70 kq-dan yuxarı, oğlanlar 81 kq, 90 kq və 90 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.


Qeyd edək ki, festivala 40 ölkədən 165 oğlan və 132 qız olmaqla, 297 cüdoçu qatılıb. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq cüdo yarışlarına hər gün saat 10:30-da start veriləcək.

Son xəbərlər

Orphus sistemi