"Evdə qal evdən oyna" şüarı altında FİFA 20 turnirlər seriyası keçiriləcək

"Evdə qal evdən oyna" şüarı altında FİFA 20 turnirlər seriyası keçiriləcək Azərbaycan Kiber İdman Federasiyası və “Gaming League Azerbaijan” Gənclər və İdman Nazirliyinin dəstəyi ilə onlayn turnirlərin təşkilinə hazırlaşır.
Fərdi
29 Mart , 2020 13:48
Evdə qal evdən oyna şüarı altında FİFA 20 turnirlər seriyası keçiriləcək

Azərbaycan Kiber İdman Federasiyası və “Gaming League Azerbaijan” Gənclər və İdman Nazirliyinin dəstəyi ilə onlayn turnirlərin təşkilinə hazırlaşır.

"Report" xəbər verir ki, həmin yarışlarda ölkə ərazisində yaşayan istənilən şəxs adi ev şəraitində iştirak edə bilər. Hazırki vəziyyətlə əlaqədar olaraq gənclərin, yaranan asudə vaxtlarını evdən çıxmadan daha səmərəli və maraqlı keçirmələri, eləcə də bunun qarşılığında mükafat qazanmaları həm onların, həm də valideynlərin ürəyincə olardı. 

Bu gün start götürəcək və #evdəqalevdənoyna şüarı altında keçiriləcək FİFA 20 turnirlər seriyasında, iştirakçılar 6-12, 13-18 və 18-dən yuxarı yaş qruplarına bölünərək mübarizə aparacaqlar. Qaliblər müxtəlif pul mükafatları və hədiyyələrlə təltif olunacaq.

Son xəbərlər

Orphus sistemi