Yuxarı

Nikita Simonov: "Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır"

"Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır"

"Yaxşı nəticə göstərdim. Təsnifat mərhələsində səhvə yol vermişdim. Finaladək səhvlər üzərində işlədim".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanan Nikita Simonov deyib. 

Halqalarla çıxışda ikinci yeri tutan atlet Milli Gimnastika Arenasındakı azarkeşlərin ona kömək etdiyini söyləyib. 

N.Simonov fanatlara təşəkkür edərək bildirib: "Növbəti yarış Dohada olacaq. Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi