Əfqan Bayramov: "İslamiadada azarkeşlərdən dəstək gözləyirəm" - VİDEO

Əfqan Bayramov: "İslamiadada azarkeşlərdən dəstək gözləyirəm" - VİDEO "Hazıram deməkdən qorxmuram: Hazıram"
Fərdi
30 Mart , 2017 20:50
Əfqan Bayramov: İslamiadada azarkeşlərdən dəstək gözləyirəm - VİDEO

Bakı. 30 mart. REPORT.AZ/ Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Əfqan Bayramov IV İslam Həmrəyliyi Oyunları üçün çağırış edib.

"Report"un məlumatına görə, yarışın rəsmi saytında 34 yaşlı idmançının çıxışının yer aldığı videoçarx təqdim olunub. Ə.Bayramov İslamiadaya hazır olduğunu söyləyib və azarkeşləri idmançılarımza dəstək olmağa çağırıb: "Hər bir zirvə fəth istəyir. Mənim üçün idman bir fəlsəfədir. O fəlsəfəni dərk edirəm. Çalışıram ki, bayrağımız hər zaman zirvədə ucalsın. Hazıram deməkdən qorxmuram: Hazıram! İslamiadada sizdən dəstək gözləyirəm".

Əfqan Bayramov 2013-cü ildə İndoneziayda keçirilən III İslam İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. O, 2012-ci ildə Türkiyədə keçirilən Avropa çempionatının qalibidir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışları bu il mayın 13-dən 17-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi