Efiopiyalı atlet 22 illik dünya rekordunu yeniləyib

Efiopiyalı atlet 22 illik dünya rekordunu yeniləyib Genzeba Dibaba qadınlar arasında 1500 metr məsafəyə qaçış yarışında yeni dünya rekordu müəyyən edib
Fərdi
19 İyul , 2015 15:06
Efiopiyalı atlet 22 illik dünya rekordunu yeniləyib

Bakı. 19 iyul. REPORT.AZ/ Efiopiyalı atlet Genzeba Dibaba qadınlar arasında 1500 metr məsafəyə qaçış yarışında yeni dünya rekordu müəyyən edərək 1993-cü ildə çinli Qu Yunxianın əldə etdiyi rekord göstəricini 22 illik fasilədən sonra yeniləyib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, G.Dibaba Beynəlxalq Atletika Federasiyasının (IAAF) Qızıl liqası yarışlarının Monako turunda 1500 metr məsafəni 3 dəqiqə 50.07 saniyəyə qət edərək çinli idmançının rekordunu 0.39 saniyəlik fərqlə təzələyib. O, bu göstərici ilə karyerası ərzində dördüncü dünya rekorduna nail olub. Efiopiyalı idmançı qadınlar arasında 1500, 3000 və 5000 metr qaçış yarışlarında da rekord nəticə göstərib. Atlet, həmçinin 1500 metr məsafəyə yarışda dünya rekorduna imza atan ilk efiopiyalı idmançı olub.

Onun böyük bacısı Tiruneş Dibaba 5000 məsafəyə dünya rekordunun sahibi olub. D.Dibaba 5 min və 10 min metr məsafəyə qaçış yarışlarında Olimpiya və dünya çempionudur.

Xatırladaq ki, çinli atlet Qu Yunxia 1993-cü il sentyabrın 11-də Pekində keçirilən ölkə çempionatında 3 dəqiqə 50.46 saniyəlik nəticə ilə dünyada rekord göstəriciyə nail olmuşdu.

Son xəbərlər

Orphus sistemi