Dünyanın keçmiş birnömrəli raketka ustası karyerasını bitirib

Dünyanın keçmiş birnömrəli raketka ustası karyerasını bitirib Serb Ana İvanoviç bununla bağlı "Facebook"a videoyazı yerləşdirib
Fərdi
29 Dekabr , 2016 00:58
Dünyanın keçmiş birnömrəli raketka ustası karyerasını bitirib

Bakı. 29 dekabr. REPORT.AZ/ Serbiya tennisçisi, dünyanın keçmiş birnömrəli raketka ustası Ana İvanoviç karyerasını bitirib.

"Report" xəbər verir ki, bu barədə idmançı "Facebook" səhifəsinə yerləşdirdiyi videoyazıda bildirib.

"Mən peşəkar karyeramı başa vurmağı qərara aldım. Bu mənim üçün çətin qərar oldu", - deyə o söyləyib.

Ana İvanoviçin hesabında Qadın Tennis Assosiasiyasının (WTA) 15 titulu var. O, həmçinin 2008-ci ildə tək dərəcədə Böyük Dəbilqə turnirinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi