Dünyanın ən yaxşı futbolçusu seçimində "Qarabağ"ın 2 futbolçusu iştirak edib

Dünyanın ən yaxşı futbolçusu seçimində "Qarabağ"ın 2 futbolçusu iştirak edib Rəşad Sadıqov ilk üçlükdə müvafiq olaraq Kriştianu Ronaldu, Lionel Messi və Antuan Qrizmannı göstərib
Fərdi
9 Yanvar , 2017 23:42
Dünyanın ən yaxşı futbolçusu seçimində Qarabağın 2 futbolçusu iştirak edib

Bakı. 9 yanvar. REPORT.AZ/ FİFA 2016-cı ilin ən yaxşı futbolçusu üçün səsvermənin nəticələrini açıqlayıb. 

"Report"un məlumatına görə, sorğuda milli komandaların kapitanları ilə baş məşqçiləri iştirak ediblər.

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov ilk üçlükdə müvafiq olaraq Kriştianu Ronaldu, Lionel Messi və Antuan Qrizmannı göstərib. Sonda ardıcıllıq da belə olub.

Sadıqovun "Qarabağ"dakı komanda yoldaşı, Albaniya yığmasının kapitanı Ansi Aqolli də ardıcıllığı bu cür göstərib.

Qeyd edək ki, Ronaldu 34,54 faiz səslə qalib olub. Messi səslərin 26,42 faizini, Qrizmann 7,53 faizini toplayıb.

Son xəbərlər

Orphus sistemi