Dünyanın ən titullu idmançısı xüsusi mükafata sahib olub

Dünyanın ən titullu idmançısı xüsusi mükafata sahib olub Maykl Felps karyerasını bərpa etmək fikrində olmadığını bildirib
Fərdi
5 Dekabr , 2016 09:32
Dünyanın ən titullu idmançısı xüsusi mükafata sahib olub

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ üzgüçüsü Maykl Felps "Su idman növlərinin əfsanəsi. Bütün dövrlərin ən dahisi" mükafatına layiq görülüb. "Report"un məlumatına görə, xüsusi mükafatı 23 qat olimpiya çempionuna Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) təqdim edib. 

Kanadanın Vindzor şəhərində keçirilmiş tədbirdə 31 yaşlı idmançı karyerasını bərpa etmək fikrində olmadığını açıqlayıb. 

Qeyd edək ki, Maykl Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 5 qızıl medal qazanıb. Bundan sonra dünyanın ən titullu idmançısı karyerasını başa vurub. 

Son xəbərlər

Orphus sistemi