Bakıdakı idman gimnastikası üzrə Dünya Kubokunda “AGF Trophy” təqdim olunub

Bakıdakı idman gimnastikası üzrə Dünya Kubokunda “AGF Trophy” təqdim olunub Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda ən yüksək icra xalını toplamış idmançılara ənənəvi “AGF Trophy” kuboku təqdim edilib.
Fərdi
15 Mart , 2019 17:00
Bakıdakı idman gimnastikası üzrə Dünya Kubokunda “AGF Trophy” təqdim olunub

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda ən yüksək icra xalını toplamış idmançılara ənənəvi “AGF Trophy” kuboku təqdim edilib.

"Report" xəbər verir ki, kubok qadınlarda ABŞ təmsilçisi Ceyd Keriyə, kişilərdə isə gürcüstanlı Konstantin Kuzovkova verilib.

Kuboku Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib. 

Qeyd edək ki, yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Dörd günlük turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır. Dünya Kubokuna martın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi