"Dünya Kuboku-2015"in 1/32 final mərhələsi keçiriləcək

"Dünya Kuboku-2015"in 1/32 final mərhələsi keçiriləcək Bu mərhələdə Azərbaycanın 4 idmançısı çıxış edəcək
Fərdi
14 Sentyabr , 2015 11:26
Dünya Kuboku-2015in 1/32 final mərhələsi keçiriləcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün şahmat üzrə "Dünya Kuboku-2015"in 1/32 final mərhələsi start götürəcək. "Report"un məlumatına görə, Azərbaycanın 4 zəka sahibi bu mərhələdə qüvvəsini sınayacaq.

Teymur Rəcəbov 4 qat İsrail çempionu İlya Smirinlə üz-üzə gələcək. Qədir Hüseynovun rəqibi çexiyalı David Navara olacaq. Rauf Məmmədov ABŞ idmançısı Fabiano Karuana, Şəhriyar Məmmədyarov isə çinli Yifan Hou ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dünya Kubokunda iştirak edən 4 Ermənistan şahmatçısından isə 3-ü 1/32 mərhələdə mübarizəni davam etdirəcək. Bunlar Levon Aronyan, Qabriyel Sarkisyan, Hrant Melkumyandır.

Qeyd edək ki, şahmat üzrə "Dünya Kuboku 2015"ə 45 ölkədən 128 idmançının iştirakı ilə start verilib.

Son xəbərlər

Orphus sistemi